EN

Tramp İsrail xüsusi təyinatlılarının Fordo nüvə obyektinə daxil olduğunu açıqlayıb

“İranın Fordo nüvə obyektinə hücumdan sonra İsrailin xüsusi təyinatlıları bölgədə olublar”.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, İsrail xüsusi təyinatlıları obyektin tamamilə məhv olunduğunu müəyyən ediblər. 

“Bu tam məhv idi və siz bunu hələ görəcəksiniz. İsrail tam məhv edilmə ilə bağlı hesabat hazırlayır. Bilirsiniz, İsrailin adamları zərbədən sonra Fordodakı nüvə obyektində olublar və onlar deyirlər ki, həmin yer tam məhv olub”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
7
1
missiya.az

2Sources