EN

"Santa-Barbara"nın ulduzu vəfat edib

Məşhur "Santa-Barbara" serialında canlandırdığı Banni Talyatti obrazı ilə tanınan aktyor Co Marinelli 86 yaşında vəfat edib.


Kulis.az xəbər verir ki, Marinelli ilə birgə "Səhər şousu" serialında rol alan aktyor Mark Dyuplass həmkarını "həqiqətən çox sevdiyini" və onun müdafiə etdiyi dəyərləri yüksək qiymətləndirdiyini söyləyib: “Biz 10 000 saat birlikdə keçirməmiş ola bilərik, amma bir çox baxımdan mənəvi olaraq bir idik".


Onun filmoqrafiyasına həmçinin "Təcili yardım", "Doktor Haus" və "Ümidsiz evdar qadınlar" kimi seriallardakı rolları daxildir.


Qeyd edək ki, aktyorun son işi dram janrında çəkilmiş "Səhər şousu" serialında olub.

Chosen
7
kulis.az

1Sources