EN

Kremldən rusiyalı milyarder Karapetyanın Ermənistanda həbsinə REAKSİYA

“Rusiya Samvelı Karapetyanın həbsi ilə bağlı Ermənistanla əlaqə saxlayır”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyanat verib.
 

Kremlin nümayəndəsinin sözlərinə görə, Moskva erməni tərəfi ilə Rusiya vətəndaşı olan biznesmen Samvel Karapetyanın həbsi məsələsi üzrə dialoqu davam etdirir.


“Bizim kifayət qədər inkişaf etmiş və çoxşaxəli münasibətlərimiz var. Və təbii ki, Karapetyan Rusiya Federasiyasının vətəndaşı olduğuna görə müvafiq təmaslar həyata keçirilir”, deyə o, əlavə edib.

Qeyd edək ki, daha əvvəl İrəvan məhkəməsi erməni əsilli rusiyalı milyarder, sahibkar Samvel Karapetyanı Ermənistan hakimiyyətini devirməyə çağırışlarda ittiham edərək iki ay müddətinə həbs edib və istintaq təcridxanasına göndərib.

Həbs olunan iş adamının vəkili isə bildirib ki, müdafiə tərəfi məhkəmənin qərarını apellyasiya qaydasında şikayət etmək niyyətindədir.

Bizim.Media

Chosen
7
17
bizim.media

10Sources