EN

Məşhur hakimin qızı və kürəkəni vəkilliyə qəbul olundu

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanda tanınmış hakimin qızı və kürəkəni vəkilliyə qəbul olunub.

Bakupost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun qızı Aylin Şəfiyeva və onun həyat yoldaşı Sadiq Şəfiyev vəkilliyə qəbul üzrə imtahanlardan uğurla keçərək Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunublar.

Onlar bu gün vəkil andı içiblər. Vəkillər Kollegiyasının sədri Anar Bağırov onlara vəkil vəsiqələri təqdim edib.

Qeyd edək ki, İkram Şirinovun oğlu Sənan Şirinov da Vəkillər Kollegiyasının üzvüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

1Sources