EN

Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 54 milyon dolları keçib (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin may ayında Özbəkistana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 35,2 faiz azalaraq, 11 milyon 834 min 83 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azalaraq, 54 milyon 483 min 74 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq, 7 milyard 54 milyon 275 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 1 milyard 676 milyon 818 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 12,2 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 17 milyard 79 milyon 234 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Chosen
8
8
turkic.world

10Sources