EN

Rusiya yeni lazer silahını döyüş şəraitində sınaqdan keçirəcək

BAKI, 25 iyun. TELEQRAF

Rusiyada istehsal olunmuş pilotsuz uçan aparatlara (PUA) qarşı lazer silahı bu ilin yayın sonunadək xüsusi hərbi əməliyyat zonasında döyüş şəraitində sınaqdan keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə layihənin tərtibatçısı olan şirkətin nümayəndəsi TASS-a məlumat verib.

Məlumata görə, “Posok” layihəsi çərçivəsində hazırlanan lazer əks-tədbir sistemi iyun ayında Xerson vilayətindəki poliqonda ilkin test mərhələsindən keçib. Sınaqlarda 500-700 metr məsafədə PUA-ları vura bilən kompakt lazer qurğuları təqdim olunub.

“Statik sınaqlar zamanı məhsulun döyüş başlıqlarını və FPV tipli pilotsuz təyyarələri effektiv şəkildə məhv etdiyini təsdiqlədik. Aparatlar yanır, mühərrik və batareyaları sıradan çıxır, nəticədə yerə düşürlər”, - deyə şirkət nümayəndəsi bildirib.

Tərtibatçıların planına əsasən, yay aylarının sonuna kimi bu sistemin real döyüş şəraitində, xüsusi hərbi əməliyyat zonasındakı sınaq mərhələsinə başlanması nəzərdə tutulur.

Chosen
33
46
teleqraf.com

10Sources