ABŞ-ın Texas ştatında 4 aylıq körpəsini moteldə siyirməyə qoyaraq ölümünə səbəb olduğu iddia edilən ana və ata bir il sonra qətl ittihamı ilə həbs edilib.
Tribunainfo.az xəbər verir ki, hadisə 2024-cü ilin may ayında Hyustonda bir moteldə baş verib.
Xəbəri alan polis otelə gəlib və 4 aylıq körpəni siyirmədə tapıb. Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, körpə boğularaq ölüb.
Harris dairəsinin şerifi Ed Qonzales ata, 38 yaşlı Ceremi Fançer və 21 yaşlı anası Destini Kamposa qarşı qətl ittihamı irəli sürüldüyünü açıqlayıb. Kampos cümə günü, Fançer isə şənbə günü həbs edilərək müxtəlif həbsxanalara göndərilib.
Dəniz Pənahova