EN

Zelenski ilə Trampın 40 dəqiqəlik görüşü Nə danışıblar?

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Tramp NATO-nun Haaqa sammiti çərçivəsində Ukraynada atəşkəs rejimini müzakirə ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenski Teleqram kanalında yazıb.

“Prezident Trampla uzun və mənalı görüş. Biz bütün həqiqətən vacib məsələləri əhatə etdik. Cənab Prezidentə, ABŞ-yə təşəkkür edirəm. Biz atəşkəs və real sülhə necə nail olmaq barədə danışdıq”, - Zelenski qeyd edib.

O əlavə edib ki, görüşün təfərrüatları daha sonra açıqlanacaq.

Qeyd edək ki, görüşün 40 dəqiqə davam etdiyi bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
38
8
qafqazinfo.az

10Sources