EN

Türkiyədə gələn il NATO zirvəsi keçirləcək



2026-cı ildə NATO-ya üzv ölkələrin dövlət başçılarının zirvə görüşü Türkiyədə keçiriləcək.

Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Haaqada keçiirilən sammitindən sonra keçirdiyi mətbuat konfransında deyib. Türkiyə lideri bildirib ki, hərbi alyansın Haaqa sammitində növbəti zirvə görüşünün Türkiyədə keçirilməsi barədə ümumi razılıq əldə olunub:

"İnşallah gəlın il NATO-dan olan həmkarlarımızı, dövlət rəhbərlərini Türkiyədə qəbul edəcəyik".

Qeyd edək ki, NATO-nun Haaqa samiiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra ikitərəfli görüşlər də keçirib.

Süleyman
Chosen
38
newscenter.az

1Sources