Belarusun paytaxtı Minskdə Avrasiya İqtisadi Forumunda və Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, sözügedən toplantı iyunun 26-27-si tarixlərində baş tutacaq. İclaslarda Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət başçıları iştirak edəcək.
Xatırladaq ki, Ali Avrasiya İqtisadi Şurasının əvvəlki iclası ötən ilin dekabrında Sankt-Peterburqda keçirilib. Həmin iclasda Avrasiya İqtisadi İttifaqının dövlət başçıları 2025-ci il üçün Aİİ-nin Beynəlxalq Xidmət Gündəliyini qəbul ediblər.
Anar Əliyev