“İslamabad bütün həlledici məsələlərdə Hindistanla konstruktiv dialoqa hazırdır.”
APA xəbər verir ki, bunu Pakistanın baş naziri Şahbaz Şərif deyib.
"Pakistan Hindistanla bütün həll edilməmiş məsələlər, o cümlədən Cammu və Kəşmir, su ehtiyatları, ticarət və terrorizmlə bağlı konstruktiv dialoqa hazırdır", - o bildirib.