EN

6 güləşçimiz finala YÜKSƏLDİ

Azərbaycanın 6 güləşçisi İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında finala yüksəlib.

Viral.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə bütün çəkilərdə finalçılar müəyyənləşib.

Azərbaycanın 6 güləşisi finala vəsiqə qazanıb.

Son Yazılar:

38 kq

Sərxan Musayev kosovolu Adis Berişa (10:0) və rusiyalı Ramazan Şadovu (7:4) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda son saniyələrdə gürcüstanlı Luka Dotiaşviliyə məğlub olub – 8:11.

Onunla eyni çəkidə çıxış edən Cavanşir Süleymanov macarıstanlı Elian Veq (12:1), bolqarıstanlı David Petrov (10:0) və gürcüstanlı Luka Dotiaşviliyə (7:4) qalib gələrək finala yüksəlib. Cavanşir finalda rusiyalı Abdulla Almazovla güləşəcək.

41 kq

Hüseyn Rzazadə rusiyalı İmran Bakayevə 11:4, fransalı Soslan Quyqolayevə “tuş”la və ukraynalı Volodimir Boykoya 8:2 hesabıyla qalib gələrək finala adlayıb. Hüseyn həlledici görüşdə rusiyalı Nikita Kondraşovla qarşılaşacaq.

44 kq

İbrahim Həsənov ukraynalı Taras Petruka (10:0), Ermənistan güləşçilərinə Narek Dallakyanla (10:0) Aren Piruzyana (5:0), yarımfinalda isə israilli Tamir Şirməmmədova (10:0) heç bir şans tanımayıb. İbrahim titulunu qorumaq üçün finalda rusiyalı Kirill Kondraşovu üstələməlidir.

48 kq

Əkbər Əsgərov slovakiyalı Mario Pihikə (10:0), kosovolu Harun Şipkoviçaya (12:0), belçikalı Muslim Xatsiyevə (11:0) və rusiyalı İslam Qurbanova (14:4) tam üstünlüklə qalib gələrək finala vəsiqə qazanıb. Əkbər finalda rusiyalı Amir Daurovla güləşəcək.

Bu çəkidəki digər təmsilçimiz Tunar Sultanzadə irlandiyalı Allbert Pikulski (12:2), türkiyəli Muhammed Qolha (tuş) və ukraynalı Boqdan Kazakovu (10:0) yarışdan kənarlaşdırıb. Yarımfinalda rusiyalı Amir Daurovla bacarmayan (0:11) həmyerlimiz ümidini bürünc medala bağlayıb.

52 kq

Yusif Hüseynov ilk mərhələdə rusiyalı Kazmanbet Batırova uduzub – 4:6.

57 kq

Elcan Həsənov gürcüstanlı Nikoloz Barataşvili (3:0), moldovalı Viktor Veverita (10:0) və türkiyəli Osman Kazımoğlunu (7:4) xalçadan məyus yola salıb. Ancaq finalın bir addımlığında ermənistanlı Erik Papikyana uduzub – 0:7.

Onun çəki yoldaşı Muraz Hüseynov da eyni aqibəti yaşayıb. Təmsilçimiz yarımfinaladək macarıstanlı Donat Mora (tuş), belaruslu Stanislav Piatrov (14:4) və bolqarıstanlı Xristo Yanaçkov (8:2) üzərində inamlı qələbələr qazansa da, finalın bir addımlığında ermənistanlı Tiqran Kolotyan (5:5) keçilməz olub. Hər iki güləşçimiz 3-cü yer uğrunda mübarizə aparacaq.

62 kq

Məhəmməd Həsənli makedoniyalı Dariyan Pavlevə 7:2, estoniyalı Rain Tiqasa 15:4 və ukraynalı Oleksandr Kulikə 10:0 hesabıyla qalib gələrək adını finala yazdırıb. Məhəmməd qızıl medal üçün rumıniyalı İstvan Naqiylə güləşəcək.

68 kq

Xəyal Şükürlü yunanıstanlı Konstantinos MixaiIidisə (10:0), slovakiyalı Aleks Jaksikə (10:0) və ukraynalı İqor Klinduxa (12:1) vaxtından əvvəl qalib gəlsə də, yarımfinalda rusiyalı Muslim Balqayevə 0:4 hesabıyla məğlub olub.

75 kq

Elvin Necəfzadə italiyalı Qabriele Miçeliyə tam üstünlüklə (12:2) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Giorgi Qoqiberidzeyə 8:12 hesabıyla uduzub.

85 kq

Elgün Kərimli rumıniyalı Draqos Margineantunu (10:0), rusiyalı Axmad Laypanovu (10:0) və türkiyəli Mehmet Bozkurtu (13:2) vaxtından əvvəl üstələyib. Elgün finalda gürcüstanlı Mate Oniani ilə güləşəcək.

Medallar uğrunda qarşılaşmalar sabah keçiriləcək.

Chosen
17
17
viral.az

10Sources