EN

Ərdoğan: S-400 məsələsi bitmiş bir məsələdir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiyanın Haaqa şəhərində keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısından sonra mətbuat konfransı təşkil edib.

APA xəbər verir ki, gündəmi zəbt edən məsələlərə toxunan Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşünə də toxunub.

"Hazırda beynəlxalq gündəmi zəbt edən hadisələrin demək olar ki, hamısı Türkiyənin yaxınlığında baş verir. Biz ölkəmizi bütün bu böhranlardan, qaynar qarşıdurmalardan və gərginliklərdən uzaq tutmağa çalışırıq. Əlbəttə ki, cənab Trampla görüşümüzdə S-400-ü müzakirə etmədik. Bu, gündəmimizdə deyil, bu, bitmiş bir məsələdir. Təbii ki, biz F-35 məsələsini müzakirə etdik. Biz də F-35-lərlə bağlı təxminən 1 milyard 300-400 milyon dollar ödəniş etdik və gördük ki, cənab Trumpın da F-35-lərlə bağlı niyyəti yaxşıdır. Bütün F-16-larımızın təmiri və F-35-lərin alınması üçün işlərimiz davam edir, əlbəttə ki, Eurofighter ilə bağlı İngiltərə və Almaniya ilə də görüşürük."

Chosen
14
apa.az

1Sources