EN

Altı güləşçimiz Avropa çempionatının finalında

Bu gün İtaliyanın Kaorle şəhərində güləş üzrə U-15 Avropa çempionatı start götürüb.

"Unikal" xəbər verir ki, Azərbaycan yarışda ilk dəfə tam heyətlə - 39 güləşçi ilə təmsil olunur.

Bu gün sərbəst güləşçilərin çıxışına start verilib.

U15 Avropa çempionatı
Sərbəst güləş
38 kq

Sərxan Musayev kosovolu Adis Berişaya tam üstünlüklə (10:0) və rusiyalı Ramazan Şadova (UWW) 7:4 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Sərxan bu mərhələdə gürcüstanlı Luka Dotiaşviliyə 8:11 hesabıyla məğlub olub.

Cavanşir Süleymanov macarıstanlı Elian Veqə (12:1) və bolqarıstanlı David Petrova (10:0) tam üstünlüklə, gürcüstanlı Luka Dotiaşviliyə isə 7:4 hesabıyla qalib gələrək finala yüksəlib. Cavanşir finalda rusiyalı Abdulla Almazovla (UWW) güləşəcək.

41 kq
Hüseyn Rzazadə rusiyalı İmran Bakayevə (UWW) 11:4, fransalı Soslan Quyqolayevə "tuş"la və ukraynalı Volodimir Boykoya 8:2 hesabıyla qalib gələrək həlledici görüşə vəsiqə qazanıb. Hüseyn finalda rusiyalı Nikita Kondraşovla (UWW) qarşılaşacaq.

44 kq
İbrahim Həsənov ukraynalı Taras Petruk (10:0), Ermənistan güləşçilərinə Narek Dallakyanla (10:0) Aren Piruzyana (5:0) və israilli Tamir Şirməmmədovu (10:0) mübarizədən kənarlaşdırıraq finala yarışmaq hüququ əldə edib. İbrahim finalda rusiyalı Kirill Kondraşov (UWW) mübarizə aparacaq.

48 kq
Əkbər Əsgərov 🇦🇿 slovakiyalı Mario Pihikə (10:0), kosovolu Harun Şipkoviçaya (12:0), belçikalı Muslim Xatsiyevə (11:0) və rusiyalı İslam Qurbanova (UWW) (14:4) tam üstünlüklə qalib gələrək finala yüksəlib. Əkbər finalda rusiyalı Amir Daurovla (UWW) güləşəcək.

Tunar Sultanzadə isə irlandiyalı Allbert Pikulskiyə (12:2), türkiyəli Muhammed Qolhaya (tuş) və ukraynalı Boqdan Kazakova (10:0) vaxtından əvvəl qalib gələrək yarımfinala vəsiqə qazanıb. Tunar bu mərhələdə rusiyalı Amir Daurova (UWW) 0:11 hesabı ulə uduzub və sabah bürünc medal uğrunda yarışacaq.

52 kq
Yusif Hüseynov təsnifat mərhələsində rusiyalı Kazmanbet Batırova (UWW) 4:6 hesabı ilə məğlub olub.

57 kq
Elcan Həsənov gürcüstanlı Nikoloz Barataşviliyə 3:0 və moldovalı Viktor Veveritaya tam üstünlüklə (10:0), türkiyəli Osman Kazımoğluna isə 7:4 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda ermənistanlı Erik Papikyana (0:7) məğlub olan Elcan sabah bürünc medal uğrunda güləşəcək.

Muraz Hüseynov macarıstanlı Donat Moraya (tuş) və belaruslu Stanislav Piatrova (14:4) tam üstünlüklə, bolqarıstanlı Xristo Yanaçkovu isə 8:2 hesabı ilə məğlub edib. Muraz yarımfinalda ermənistanlı Tiqran Kolotyana (5:5) məğlub olub və sabah bürünc uğrunda mübarizə aparacaq.

62 kq
Məhəmməd Həsənli makedoniyalı Dariyan Pavlevə 7:2, estoniyalı Rain Tiqasa (15:4) və ukraynalı Oleksandr Kulikə isə (10:0) tam üstünlüklə qalib gələrək finala yüksəlib. Məhəmməd finalda rumıniyalı İstvan Naqi ilə güləşəcək.

68 kq
Xəyal Şükürlü yunanıstanlı Konstantinos MixaiIidisə (10:0), slovakiyalı Aleks Jaksikə (10:0) və ukraynalı İqor Klinduxa (12:1) tam üstünlüklə qalib gəlib. Xəyal yarımfinalda rusiyalı Muslim Balqayevə (UWW) 0:4 hesabı ilə uduzaraq, bürünc şansını saxlayıb.

75 kq
Elvin Necəfzadə italiyalı Qabriele Miçeliyə tam üstünlüklə (12:2) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Giorgi Qoqiberidzeyə məğlub olub (8:12).

85 kq
Elgün Kərimli həm rumıniyalı Draqos Margineantuya həm də rusiyalı Axmad Laypanova (UWW) 10:0, türkiyəli Mehmet Bozkurta isə 13:2 hesabıyla qalib gələrək finala yüksəldi. Elgün finalda gürcüstanlı Mate Oniani ilə güləşəcək.

Chosen
27
10
unikal.az

10Sources