EN

Ordumuzun hərbçisi bədbəxt hadisə nəticəsində həlak oldu

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub.

"Unikal"ın məlumatına görə, hadisə Daşkəsəndə yerləşən "N "saylı hərbi hissədə qeydə alınıb. Belə ki hərbi hissənin avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxıb.

Bu zaman hərbi hissəsinin giziri - Zaqatala rayon sakini 1986-cı il təvəllüdlü Sadiq İbrahimov özünü avtomobildən yerə atıb.

Nəticədə o, aldığı ağır xəsarətdən hadisə yerində həyatını itirib.

Qeyd edək ki S.İbrahimov ailəli olub, 3 övladı var.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov 

Chosen
8
2
unikal.az

3Sources