EN

Yevlax, Prezident İlham Əliyevin ali rəhbərliyi ilə böyük inkişaf yolu keçməkdədir

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi güclü və ardıcıl siyasət kursunun əsasını ölkəmizin hərtərəfli inkişafı və xalqımızın milli maraqlarının təmin olunması təşkil edir.Xüsusilə vurğulamaq lazımdır ki, əzəli yurdumuz olan Qarabağın azad edilməsindən sonra ölkəmizdə aparılan abadlıq, quruculuq, bərpa və yenidənqurma işləri daha geniş miqyas və yüksək dinamika ilə həyata keçirilir. Bütöv və müstəqil Azərbaycanda uğurla icra olunan iqtisadi layihələr Prezidentimizin uzaqgörən və milli maraqlara əsaslanan siyasətinin prioritet istiqamətidir.Regionların inkişafı xüsusi əhəmiyyət daşıyır. Çünki bu bölgələrin resurs, sənaye və kadr potensialı ümumilikdə ölkənin sosial-iqtisadi yüksəlişinə geniş imkanlar yaradır. Məhz bu reallığı daim diqqətdə saxlayan ölkə başçısı cənab İlham Əliyev öz bənzərsiz fəaliyyətində regionların dinamik inkişafına balanslı və davamlı yanaşma nümayiş etdirir. Ərazi bütövlüyümüzün bərpasından sonra dövlət başçısının mütəmadi bölgə səfərləri aparılan genişmiqyaslı işlərin əhəmiyyətini bir daha təsdiqləyir.Prezident İlham Əliyev təkcə Qarabağ və ətraf rayonların deyil, digər bölgələrin də inkişafını daim diqqət mərkəzində saxlayır. Son dövrlərdə möhtərəm Prezidentimizin tapşırıq və tövsiyələri əsasında Yevlaxda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, sosial infrastruktur layihələrinin uğurla icra olunması, yeni parkların salınması, küçələrin asfaltlanması və işıqlandırılması bir yevlaxlı olaraq məni də son dərəcə sevindirir.Xüsusilə qeyd olunmalıdır ki, möhtərəm Prezidentimizin ötən gün Yevlaxa səfəri bütün şəhər sakinləri üçün əsl bayram əhval-ruhiyyəsi yaradıb. Dövlət başçısı cənab İlham Əliyev "AzərEnerji" ASC-nin 110/35/10 kV-luq "Yevlax" qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin, "Azərişıq" ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin, Yevlax Pilot Aqroparkının və qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışlarında iştirak edib. Eyni zamanda Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yevlaxdan keçən hissəsində görülən işlərlə və Yevlax Olimpiya İdman Kompleksində həyata keçirilmiş yenidənqurma tədbirləri ilə tanış olub.Bütün bu tədbirlər Yevlax şəhərində və ümumilikdə regionda müşahidə olunan inkişafın əyani təzahürüdür. İdman Olimpiya Kompleksi rayonda yaşayan gənclərin və sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi, sağlam həyat tərzi sürməsi üçün ideal şərait yaradır. Yeni su xətlərinin və avtomobil yollarının çəkilməsi isə insanların gündəlik həyatını daha da rahatlaşdıran mühüm amillərdəndir.Bütün bu qeyd olunanlar fonunda əminliklə demək olar ki, rayonumuz - Yevlax, eləcə də qüdrətli Azərbaycan Respublikası möhtərəm Prezident cənab İlham Əliyevin ali rəhbərliyi ilə böyük inkişaf yolu keçməkdədir və firavan gələcəyə doğru inamla irəliləyir.İlham Məmmədov,Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
50
newscenter.az

10Sources