EN

Darvin Nunes “Napoli”yə keçə bilər

“Napoli” yay transfer dönəmində “Liverpul”un hücumçusu Darvin Nunesi heyətinə qatmaq niyyətindədir.

90deqiqe.Az xəbər verir ki, uruqvaylı futbolçu özü də İngiltərə çempionunu tərk edərək A Seriyasının qalibinə keçməyə razıdır.

Mersisayd klubu hələ ki, 26 yaşlı hücumçu ilə bağlı rəsmi təklif almayıb. Lakin “Liverpul” rəhbərliyi təklifin yaxın günlərdə daxil olacağını gözləyir. Klubun mövqeyi isə dəyişməz qalır – Nunes yalnız 70 milyon avroya yaxın təklif olacağı təqdirdə satılacaq.

Qeyd edək ki, Darvin Nunes 2024/25 mövsümündə “Liverpul”un heyətində 47 oyuna çıxıb, 7 qol vurub və 7 assistlə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Chosen
11
90deqiqe.az

1Sources