EN

Zalı tərk etmək məcburiyyətində qaldım - Mələkxanım Əyyubova

Muğam müsabiqəsinin canlı yayımında səhhəti pisləşən Xalq artisti Mələkxanım Əyyubova açıqlama yayıb. 

Modern.az xəbər verir ki, xanəndə canlı yayımı yarımçıq tərk etməsinin səbibini belə izah edib: 

"Bu günlərdə çox gərgin iş rejimində çalışdığım üçün soyuqlamışdım və bu mənim mədəmə təsir etmişdi. Dünən düşündüm ki,yaxşı olaram,məsuliyyətimdən dolayı dünənki buraxılışı Xəzər rayonunda keçirilən Muğam müsabiqəsinə qatıldım, lakin müsabiqə başlayandan 15-20 dəqiqə sonra ürəkbulanma mənə orada sona qədər əyləşməyimə imkan vermədi. Buna görə də zalı tərk etmək məcburiyyətində qaldım. Tez zamanda təcili yardım gəldi və 3 saat ərzində mənə öz yardımlarını yüksək səviyyədə göstərdilər". 

Chosen
11
2
modern.az

3Sources