EN

Türkiyəyə yola düşən təyyarə məcburi eniş edib

Türk Hava Yollarına məxsus təyyarə Rusiya üzərində uçarkən fövqəladə həyəcan siqnalı verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Aviaincident" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, bu gün göyərtəsində rusların olduğu Airbus A321 təyyarəsi Moskvanın Vnukovo hava limanından Türkiyənin Antalya şəhərinə yola düşüb. Təyyarə Smolenskdən 48 km şimal-şərqdə uçarkən pilotlar mühərrikdə problem olduğunu bildiriblər. Əvvəlcə altı min metrə eniş istəyiblər, lakin sonra Vnukovoya qayıtmağa qərar veriblər.

Uçuş hava limanına gedərkən mühərrikin təzyiqində problem aşkar edilib, buna görə ekipaj "Mavi" kodu ilə təcili həyəcan siqnalı elan edib. Təyyarə anormal vəziyyətə baxmayaraq, təhlükəsiz eniş edib.

Chosen
8
3
bakivaxti.az

4Sources