EN

Ümid edirik ki, İrandakı vəziyyət Ukraynada da... - Uitkoff

Vaşinqton ümid edir ki, İran ətrafındakı vəziyyət Ukraynadakı münaqişənin həllinə töhfə verəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

"Düşünürəm ki, burada baş verənlərdən yaranan nikbinlik Rusiya və Ukraynaya da sirayət edə bilər. Ümid edirik ki, onlar İranda baş verənlərə baxıb deyəcəklər: "Biz də sülh prosesinin bir hissəsi olmaq istəyirik". Ümid edirik ki, bu, Rusiya və Ukrayna arasında münaqişənin həlli prosesində çox yaxşı şeylərin baş verməsinə gətirib çıxaracaq”, - Uitkoff qeyd edib.

Chosen
45
1
axar.az

10Sources