EN

Ekvador polisi “Los Choneros” kartelinin lideri “Fito”nu həbs edib

Bakı. Trend:

Ekvador polisi ölkənin ən təhlükəli narkotik kartellərindən biriolan “Los Choneros”un rəhbəri Adolfo Masiasın (tanınmış ləqəbi“Fito”) həbs olunduğunu açıqlayıb.

Trend xəbər verirki, bu barədə Ekvador Prezidenti Daniel Noboa “X” sosialşəbəkəsində paylaşım edib.

“Həmrəylik və təhlükəsizlik qanunlarının əleyhinə çıxanlara vəonların zəruriliyini sual altına alanlara cavab olaraq bildirirəmki, məhz bu qanunların köməyi ilə Fito bu gün ələ keçirilib vəhüquq-mühafizə orqanlarının nəzarəti altındadır”, – deyə prezidentqeyd edib.

Xatırladaq ki, Fito bu ilin yanvar ayında həbsxanadan qaçaraqbeynəlxalq axtarışa verilmişdi. O, ölkədə baş verən iğtişaşlar vəsilahlı zorakılıqlarda əsas fiqurlardan biri hesab olunurdu.

Daniel Noboanın sözlərinə görə, Ekvador hakimiyyəti artıq onunABŞ-a ekstradisiyası üçün Vaşinqtonla əlaqə yaradıb. ABŞ-da Fitosilah və narkotik qaçaqmalçılığı da daxil olmaqla, bir sıra ağırittihamlarla axtarılır.

Chosen
9
az.trend.az

1Sources