EN

"Kəpəz" Qabonlu hücumçunu transfer etməyə yaxındır

Bakı. Trend:

Yeni mövsümdə daha iddialı çıxış etməyi planlaşdıran “Kəpəz”transfer çalışmalarını davam etdirir.

Trend xəbər verirki, Gəncə təmsilçisi Qabon milli komandasının hücumçusu FahdNdzenqueni heyətinə qatmağa yaxındır.

Hazırda Şimali Makedoniyanın “Brera” klubunun formasını geyinən27 yaşlı futbolçu ilə danışıqlar yekun mərhələyə çatıb. Qeyd edəkki, onun “Brera” ilə müqaviləsi 2026-cı ilin iyunun 30-na qədərqüvvədədir.

Fahd Ndzenquenin daha əvvəl “Mounana, “Tabor” və “Primorye”klublarında da çıxış etdiyi bildirilir.

Chosen
31
az.trend.az

1Sources