Əməkdar həkim, tibb elmləri doktoru, professor Nəsibə Hüseynova vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, tanınmış tibb işçisi 100 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Nəsibə Ağa İsmayıl qızı Hüseynova 1971-1976-cı illərdə Bakıda baş pediator, 1976-2022-ci illərdə Səhiyyə Nazirliyinin baş uşaq qastroenteroloqu olub.