Dünya bazarlarında Azərbaycan neftinin qiyməti artıb.
Moderator.az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0.37 ABŞ dolları və ya 0.51% bahalaşaraq 72.49 ABŞ dollarına çatıb.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.