EN

Kəlbəcərdə yük avtomobili aşdı - Ölən var

Kəlbəcərdə yük avtomobili aşıb, ölən var.

"Unikal" xəbər verir ki, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər rayon ərazisində idarə etdiyi "HOVO" markalı yük avtomobilinin idarəetməsini itirib.

Nəticədə yük avtomobili çaya aşıb və sürücü O.Mustafayev hadisə yerində ölüb.

Məlumat üçün bildirək ki, sürücü Kəlbəcər rayonunda fəaliyyət göstərən şirkətlərin birində işləyib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
2
44
unikal.az

10Sources