EN

Füzulidə həkimin məktəbli oğlu kanalda batdı - Foto

Füzuli rayonunda məktəbli kanalda batıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda baş verib.

İlkin məlumata görə kanalda batan rayon sakini 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadədir.

Bildirilib ki, X sinifi bu il bitirən Nihad Füzuli rayon təcili təxirə salınmaz tibbi yardım briqadasında həkimi Vüqar Nağızadənin oğludur.

Hazırda N.Nağızadənin axtarışları davam edir.

Chosen
73
3
axar.az

8Sources