EN

Minskdə IV Avrasiya İqtisadi Forumubaşladı

BAKI, 26 iyun. TELEQRAF

Belarusun paytaxtı MinskdəIV Avrasiya İqtisadi Forumu öz işinə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə BELTAməlumat yayıb.

Forum Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində dövlət başçılarının iştirakı ilə keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasına həsr olunub.

Forumun əsas mövzusu “Avrasiya iqtisadi inteqrasiyası strategiyası: nəticələr və perspektivlər” adlanır. Tədbir çərçivəsində altı əsas tematik blok üzrə 35 müxtəlif tədbirin keçirilməsi planlaşdırılır. Foruma 33 ölkədən 2 700-dən çox nümayəndənin qatılması gözlənilir.

Qarşılıqlı fəaliyyətin bütün sahələri tam əhatə olunub: maliyyə, sənaye və aqrar-sənaye kompleksi, energetika, texniki tənzimləmə və baytarlıq, Aİİ daxili bazarının inkişafı, ticarət, nəqliyyat, gömrük tənzimlənməsi, dövlət satınalmaları, statistika və s.

Chosen
15
teleqraf.com

1Sources