EN

Xəstəxanaya kiberhücum xəstənin ölümünə səbəb oldu

İngiltərədə xəstəxanaya edilən kiberhücum nəticəsində bir xəstə ölüb.

Ölkə.Az NTV-yə istinadla xəbər verir ki, bunu “King's College Hospital Foundation” açıqlayıb.

Xəstəxanaya edilən hücumda bir xəstə uzun müddət qan analizinin nəticəsini gözlədikdən sonra gözlənilmədən ölüb. Açıqlamada  deyilir ki, buna səbəb hücum nəticəsində laboratoriya xidmətlərinin dayanması olub.

Hücum 3 iyun 2024-cü ildə xüsusilə Londonun cənub-şərqində geniş bir ərazidə qan testi xidmətləri göstərən "Synnovis" adlı kompüter şirkətinə qarşı həyata keçirilib. Hücumun Rusiyada yerləşən “Qilin” adlı haker qrupu tərəfindən həyata keçirildiyi güman edilir.

Bu kiberhücum səhiyyə sistemini ciddi iflic vəziyyətinə salıb.

Ümumilikdə 1100 xərçəng müalicəsi təxirə salınıb, 2000-dən çox ambulator xəstə qəbulu ləğv edilib, 1000-dən çox əməliyyat gecikdirilib.

“King's College” Xəstəxanası, “Guy's və St Thomas”, “Lewisham” və “Greenwich” xəstəxanaları ilə yanaşı, 6 müxtəlif bölgədəki ilkin tibb müəssisələri və iki psixi sağlamlıq müəssisəsi də hücumdan ziyan görüb.

Xəstəxana rəsmiləri də ölən xəstənin ailəsi ilə görüşdüklərini və təhlükəsizlik araşdırmasının nəticələrini paylaşdıqlarını açıqlayıblar.

Billurə Yunus

Chosen
13
olke.az

1Sources