EN

Daşkənddə Ordu Günü təntənəsi

Daşkənddə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü münasibəti ilə təntənəli mərasim keçirilib. Məclisdə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistan müdafiə nazirinin müavini Əlişir Narbayev, bu ölkədə fəaliyyət göstərən hərbi attaşelər, ölkənin elm və mədəniyyət xadimləri, diasporumuzun üzvləri iştirak ediblər. 

Qonaqları salamlayan Azərbaycanın Özbəkistandakı Hərbi Attaşelik Aparatının rəhbəri, polkovnik Samir Əfəndiyev Azərbaycan və özbək xalqları arasındakı dostluq əlaqələrindən danışıb. 

Mərasimdə ölkələrimiz arasında əməkdaşlığın inkişafında dövlət başçılarımız İlham Əliyev və Şavkat Mirziyoyevin əvəzsiz xidmətləri xüsusi qeyd edilib. Təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar barədə iştirakçılara ətraflı məlumat verilib. 5 il bundan öncə Vətən müharibəsində qazandığımız  Qələbə və Ordumuzun yüksək peşəkarlıqla apardığı hərbi əməliyyatlar qürur hissi ilə vurğulanıb.  

Şənlik Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs ansamblının çıxışları ilə davam edib.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri

Daşkənd

 

Chosen
4
3
xalqqazeti.az

5Sources