Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Bakıdakı təcili yardım avtomobillərindən birinin sürücüsü Rəşidzadə Kərim Arif oğlu çağırış zamanı "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq orada qeyri-etik ifadələr səsləndirmişdi.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, K.Rəşidzadə artıq işdən çıxarılıb.
Xatırladaq ki, o, bəzi insanları təhqir etdiyi videoları səhifəsində paylaşdıqdan bir müddət sonra onları silib.