EN

Əriyin sağlamlığa inanılmaz faydaları

Yay aylarında süfrələrdən əskik olmayan ərik təkcə dadı ilə deyil, sağlamlığa verdiyi faydalarla da seçilir. Mütəxəssislər bildirir ki, bu meyvə vitamin və minerallarla zəngin olmaqla bədənə çoxsaylı xeyirli təsirləri var.

Azreform.info xəbər verir ki, əriyin tərkibində A, C, E, K vitaminləri, həmçinin dəmir, kalium, kalsium və liflər bol miqdarda mövcuddur. Bu komponentlər sayəsində ərik bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.

Bundan əlavə bu meyvə A vitamini ilə zəngindir. Bu da göz sağlamlığı üçün vacib olan beta-karoteni təmin edir. Mütəmadi olaraq ərik yemək gecə korluğu və digər görmə problemlərinin qarşısını ala bilər. Ərikdəki təbii liflər bağırsaq hərəkətlərini tənzimləyir, qəbizliyin qarşısını alır və mədə-bağırsaq sisteminin sağlam işləməsinə kömək edir.

Eyni zamanda C vitamini və antioksidantlarla zəngin olan ərik dərini sərbəst radikallardan qoruyur, dəriyə təbii parlaqlıq və elastiklik qazandırır. Ərikdəki vitamin və antioksidantlar bədəni xəstəliklərə qarşı daha dayanıqlı edir, immun sistemini möhkəmləndirir.

Həmidə İbrahimova

Chosen
76
7
azreform.info

8Sources