EN

Azərbaycan Silahlı Qüvvələri Günü xalq və ordu birliyinin rəmzidir – Deputat

Bakı. Trend:

26 iyun tarixində Milli Ordumuzun yaradılmasının 107 ili tamamolur. 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü, xalq və ordubirliyinin rəmzidir.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, Azərbaycanda ordu quruculuğu sahəsində mühümnailiyyət Ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsinəəldə olunub:

“Ulu Öndər 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycandahərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə CəmşidNaxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu.Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağıngüclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətiribçıxarmışdı. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlıgənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali HərbiDənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbiməktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.

Təəssüflər olsun ki, müstəqilliyin ilk illərində ölkəmizərəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi birvaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindəngələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi.Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarəolunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzügetdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqınçağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuqsilahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinəstart verdi.

Yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonraordu sahəsində xaosa, pərakəndəliyə, qanunsuz idarəçiliyə sonqoyuldu. Ümummilli lider Heydər Əliyev Silahlı Qüvvələrin Ali BaşKomandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. Ümummillilider yerli özünümüdafiə və könüllü batalyonlar adı altındafəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahidkomandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı.

Ulu Öndər ordu quruculuğu sahəsində tarixi qərarlar qəbul etdivə genişmiqyaslı islahatlara start verdi. Qısa müddət ərzindəqarşıya qoyulan məqsədlərə nail olundu, şəxsi heyətinmənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqətartırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ali BaşKomandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdəgörüşməsi onlara böyük ruh yüksəkliyi verdi”, - deyə A.Həsənovavurğulayıb.

Deputat qeyd edib ki, müstəqil Azərbaycanda ordu quruculuğuprosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yenimərhələyə qədəm qoydu.

“Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişafetdirən Prezident İlham Əliyev hərbçilərin peşəkarlığınınartırılmasına, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixolojihazırlığının yüksəldilməsinə, ordumuzun ən müasir silah və texnikailə təchizatı və şəxsi heyətin müasir silahlardan peşəkarlıqlaistifadə vərdişlərinin formalaşdırılmasına böyük diqqət ayırdı.Görülən bu məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan SilahlıQüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi”, -deyə A.Həsənova qeyd edib.

Deputat vurğulayıb ki, rəşadətli Azərbaycan ordusu xalq, dövlətqarşısında tarixi missiyasını ləyaqətlə yerinə yetirərək 44 günlükVətən müharibəsində böyük qəhrəmanlıq və rəşadət göstərdi,xalqımıza, dövlətimizə qarşı erməni vandallarının həyata keçirdiyi200 illik işğalçılıq, soyqırım siyasətinə son qoydu.

2023-cü ilin 19-20 sentyabr tarixlərində baş tutmuş bir günlüklokal antiterror tədbirləri nəticəsində də Azərbaycan Ordusunövbəti dəfə yüksək peşəkarlıq və hərbi güc nümayiş etdirdi. Uzunon illiklər Azərbaycan ərazisində kök salmış erməni separatizminəson qoyuldu. Bununla da bütün torpaqlarınmızda və sərhədlərimizdəşanlı üçrəngli bayrağımız qürurla dalğalanmağa başladı.

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü xalq və ordubirliyinin rəmzidir. Bu gün biz yalnız hərbi uğurları qeyd etmirik,eyni zamanda Azərbaycanın dövlətçiliyini, suverenliyini vəgələcəyini qoruyan güclü, müasir və mütəşəkkil ordusunun varlığınahörmətimizi bildiririk”, - deyə deputat əlavə edib.

Chosen
34
az.trend.az

1Sources