EN

Yağmursuz və dumanlı...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyunun 26-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Gecə 19-22°, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz olacaq. Abşeron çimərliklərində 

dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 31-36°, dağlarda gecə 7-12°, gündüz 
18-23° isti olacaq.

Q.QASIMOV
XQ

 

Chosen
12
5
xalqqazeti.az

10Sources