EN

UNEC-də layihə əsaslı öyrənməyə keçid: Dizayn təhsilində yeni mərhələ (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) DizaynMəktəbində Layihə Əsaslı Öyrənmə (Project-Based Learning – PBL)metodunun tətbiqinə həsr olunmuş hesabat sərgisi təşkil olunub.

Bu barədə Trend-ə UNEC-dən məlumat verilib.

Bildirilib ki, “Öyrən, yarat, uğur qazan: Gələcək səninləbaşlayır” adlı hesabat sərgisində tələbələrin semestr ərzindəki əlişləri, qrafik dizayn proqramları və süni intellekt vasitəsiləhazırladıqları 64 layihə iştirakçıların diqqətinə təqdim edilib.Sərginin əsas məqsədi PBL yanaşmasının tələbələrin yaradıcıpotensialının və dizayn bacarıqlarının inkişafına verdiyi töhfəninümayiş etdirmək olub.

Sərgi ilə tanış olan UNEC-in rektoru, professor Ədalət Muradovtələbələrin layihələrini yüksək qiymətləndirərək, bu tip innovativideyaların əhatə dairəsinin genişləndirilməsinin vacibliyinivurğulayıb.

Layihələrini təqdim olunan tələbələr PBL yanaşmasının onlarapraktiki bilik və bacarıqlar qazandırmaqla yanaşı, yaradıcıdüşüncələrini reallaşdırmaq üçün geniş imkanlar yaratdığını qeydediblər.

Layihə Əsaslı Öyrənmə (PBL) metodunun hesabat-sərgisində çıxışedən UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki,təhsildə yeni yanaşmalar olmadan keyfiyyətli təhsil və yüksəknəticə əldə etmək mümkün deyil. O, təhsildə köklü islahatlaraehtiyac olduğunu xüsusi vurğulayıb: “Əsas hədəf fundamentaldəyişikliklər edərək tələbəmərkəzli təhsilə keçiddir. Sürətlədəyişən dünyada nəzəri biliklər ildən-ilə dəyişir, dəyişməyən isəbacarıqlardır. Müəllim-tələbə münasibətləri də bu dəyişikliklərfonunda yeni müstəviyə keçir.”

Rektor qeyd edib ki, Layihə Əsaslı Öyrənmə modeli budəyişikliklərə cavab olaraq UNEC-də uğurla tətbiq olunur və ənənəvisistemlə təhsil alan tələbələrlə müqayisədə daha yüksək nəticələrverir. Bu metod çərçivəsində tələbələr layihə üzərində işləyərək,öz ideyalarını reallaşdırmaq imkanı qazanırlar. Ədalət Muradovbildirib ki, PBL yanaşması öyrənməyi öyrənmək, yaradıcı düşünmək vəkomanda şəklində işləmək kimi mühüm kompetensiyalarınformalaşmasında önəmli rol oynayır.

Rektor bu metodun tətbiqinin xüsusilə süni intellektin tədrisəinteqrasiyası baxımından da çox faydalı olduğunu qeyd edib: “Buimkanlar sayəsində tələbələr müasir texnologiyalarla işləməbacarıqlarını artırır, innovativ həllər üzərində düşünür və dahaçevik düşüncə tərzi formalaşdırırlar. Bu cür layihələrin gələcəkdəreal müəssisələrlə əməkdaşlıq şəklində genişləndirilməsi mümkündür.Belə əməkdaşlıqlar tələbələrin həm ixtisasları üzrə praktikitəcrübə qazanması, həm də iş dünyasına daha hazırlıqlı olmasıbaxımından olduqca faydalıdır”.

Sonda Ədalət Muradov tələbəmərkəzli, bacarıq yönümlü təhsilingələcəyin əsas istiqaməti olduğunu bir daha vurğulayıb.

UNEC Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova çıxışındabildirib ki, bu ilin fevral ayından Layihə Əsaslı (PjBL) və ProblemƏsaslı (PBL) model çərçivəsində Dizayn Məktəbində 6 fənn üzrə 11qrupda dərslər PBL metodologiyası ilə təşkil olunub. O qeyd edibki, tələbələr real problemlər üzərində işləyərək öz ideyalarınıtəqdim ediblər, prototiplər hazırlayıblar və təqdimat bacarıqlarınıgücləndiriblər. Lalə Məmmədova bu metodun tətbiqinin imtahannəticələrinə də müsbət təsir etdiyini vurğulayıb.

“Dizayn” kafedrasının müəllimi və PBL metodiki işlərinərəhbərlik edən Sənubər Şəfiyeva layihənin tətbiqi nəticəsində əldəolunan yeniliklərdən söz açıb. O, Layihə Əsaslı Öyrənmənın dizayntəhsilində yaradıcılığın praktiki bacarıqlarla vəhdətindəkirolundan söz açıb. Bu metodun tələbəyə ideya formalaşdırmaqlayanaşı, onu vizual və funksional şəkildə təqdim etməyi öyrətdiyiniqeyd edib.

Çıxışlardan sonra PBL qruplarında tədris olunan Moda və stilfənni üzrə “Transformer geyim” adlı moda kolleksiyası nümayişolunub. “Dizayn” kafedrasının müəllimi Aytən Yusifkənanınrəhbərliyi ilə tələbələrin eskizləri əsasında hazırlanan geyimmodellərini iştirakçılar böyük maraqla qarşılayıblar.

UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
Chosen
7
7
az.trend.az

7Sources