Anastasiia Baidiuk karyerasını yenidən ölkəmizdə davam etdirəcək.
"Football-plus.az" xəbər verir ki, son mövsümü Rumıniyada "Tarqu Mureş"də oynayan 26 yaşlı hücumçu "Azərreyl"lə anlaşıb. O, Bakı təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Baidiuk Azərbaycanda yetirməsi olduğu "Telekom"la yanaşı, "Murov AZ Terminal"ın formasını geyib. O, həmçinin Polşa, Macarıstan, Rumıniya və Fransada legioner həyatı yaşayıb.