Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 xilasetmə əməliyyatı keçirilib.
Bu barədə Referans-a qurumun Mətbuat xidmətindən bildirilib.
Həyata keçirilən xilasetmə tədbiri nəticəsində 1 nəfərə (uşaq) müvafiq köməklik göstərilib.