EN

Müdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olub

26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti və digər vəzifəli şəxsləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət ediblər.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Nazirliyin rəhbər heyəti Ulu Öndərin abidəsi önünə əklil qoyub, xatirəsini dərin hörmətlə yad edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə qızılgüllər düzülərək ehtiram nümayiş etdirilib.

Daha sonra Zəfər parkında fəxri qarovulun iştirakı ilə Zəfər abidəsinin önünə əklil qoyulub.

Chosen
9
32
yeniazerbaycan.com

10Sources