EN

Zibil qutusundan tapdığı lotereyadan 80 min dollar uddu

Ajans.az xəbər verir ki, bu barədə ABŞ mediası yazır.  Belə ki, Kentukki ştatından olan Pamela H.T  kortəbii olaraq dörd 5 dollarlıq "Flamingo Bingo" bileti alıb. Qadın lotereyanın yalnız üçünü oynayıb.  Heç birindən bəxti gətirməyən Pamela bütün cekpotları zibil qutusuna atıb.  Bir müddət sonra o, dördüncü -  yəni sonuncu bileti oynamadan zibil qutusuna atdığını xatırlayıb.  Qadın qısa zamanda zibillikdən şanslı bileti tapıb və oynayıb.  

Nəticədə o, zibilliyə atdığı biletdən 80 min dollar udub. Hadisədən şoka düşən qadın bunu möcüzə adlandırıb.

Chosen
17
2
Ajans.az

10Sources