EN

Bu gün Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür

26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür.
Tribunainfo.az xəbər verir ki, narkomaniya bəşəriyyətin ən böyük problemlərindən biridir. Cəmiyyətin ciddi bəlasına, xalqın, təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəli hesab olunur. Narkomaniya cinayətkarlıq, zorakılığa səbəb olur, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır.
BMT-nin 1987-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, dünya əhalisi 26 iyunu “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə günü” kimi qeyd edir.
Belə bir günün elan olunmasında məqsəd, narkomaniyaya dair problemlərin daim ictimaiyyətin diqqətində saxlanması, ictimaiyyətin diqqətini narkomaniya ilə bağlı problemlərə yönəltmək olub.
Narkomaniya və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə dövlət qurumları ilə bərabər, cəmiyyət də aktiv iştirak etməlidir. Bir çox ailədaxili münaqişələrin yaranmasına səbəb olan narkomaniyanın profilaktikası ilə bağlı işlərin təşkilində məhz valideynlərin dəstəyi xüsusilə önəmlidir. Valideynlər övladlarını bu kimi təhlükələrdən qorumaq üçün onlarla psixoloji söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməlidirlər.
Qeyd edək ki, BMT-nin statistikasına əsasən narkotik istifdaçilərinin sayı 147 milyon nəfər təşkil edir.
Chosen
18
tribunainfo.az

1Sources