EN

MOSSAD-ın direktoru danışdı: İranda gizli varlığımızı davam etdirəcəyik

İsrail və İran arasında müharibə bitdikdən sonra kameralar qarşısına nadir hallarda çıxan  MOSSAD-ın direktoru David Barnea  çıxış edib. 

Sitat.info xarici mediaya istinadən xəbər verir ki,  İrana qarşı böyük bir qələbə qazandıqlarını ifadə edən Barnea ABŞ-a təşəkkür edib: "Mərkəzi MKİ-yə ortaq fəaliyyətləri və uğurlu əməliyyatları üçün təşəkkür və minnətdarlığımı bildirmək istərdim. Bu əməliyyatı mümkün edən düzgün qərarların verilməsində quruma dəstək verdiyi üçün MKİ direktoruna da təşəkkür edirəm".

O, həmçinin İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın İrandakı gizli varlığını davam etdirəcəyini bildirib: "İranın malik olduğu və dərindən bildiyimiz bütün layihələri izləməyə davam edəcəyik. Və bu günə qədər orada olduğumuz kimi yenə də orada olacağıq".

Nigar,

Sitat.info

Chosen
37
50
sitat.info

10Sources