EN

Zaxarova: “İstanbul Rusiya–Ukrayna danışıqları üçün hələ də ən real platformadır”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya ilə Ukrayna arasında mümkün danışıqlar üçün İstanbul hələ də əsas platforma olaraq qalır. O, bu barədə keçirdiyi ənənəvi brifinq zamanı danışıb.

Musavat.com xəbər verir ki, Zaxarovanın sözlərinə görə, danışıqların bərpası və növbəti raundun tarixi birbaşa olaraq tərəflərin — Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri tərəfindən müəyyən edilir. Diplomat qeyd edib ki, Moskva danışıqlara heç vaxt qapı bağlamayıb və siyasi-hüquqi yollarla münaqişənin həllinə üstünlük verir.

“İstanbul əvvəlki raundlarda konstruktiv yanaşmanın nümayiş etdirildiyi məkandır və bu gün də danışıqlar üçün ən real, neytral və münasib platformalardan biri kimi qalır”, — deyə Zaxarova vurğulayıb.

O əlavə edib ki, Qərbin Ukraynaya təsiri, eləcə də Kiyevin militarist ritorikası danışıqlar mühitini çətinləşdirir: “Əgər Kiyev həqiqətən də sülh istəyirsə, bu, hərəkətlərdə və ritorikada əksini tapmalıdır”.

Musavat.com

 
 
 
 
Chosen
22
7
musavat.com

10Sources