EN

Şəhid atası dünyasını dəyişdi

Vətən müharibəsi şəhidi Sübhan Əbilzadənin atası vəfat edib.

"Unikal"ın məlumatına görə, şəhid atası Arif Əbilzadə bu gün sakini olduğu, Biləsuvar rayonun Nərimankənd kəndində, 75 yaşında  vəfat edib. 

Qeyd edək ki, şəhid Sübhan Arif oğlu Əbilzadə 1998-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. 

Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçu kimi vətənə xidmətini davam etdirən S.Əbilzadə Vətən müharibəsində  Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş və  qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və  "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

Xəlil Əliyev

Chosen
103
25
unikal.az

10Sources