EN

“Erməni kilsəsinin siyasi iddiaları mövcuddur”

“Erməni kilsəsinin siyasi iddiaları mövcuddur və rəsmi İrəvanla kilsə arasındakı toqquşmalar da əsasən bundan qaynaqlanır”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, kilsə dövləti, dövlət isə kilsəni təslim etməyə çalışır:

“Erməni kilsəsi ilə dövlət arasındakı qarşıdurma bugünün məsələsi deyil. Bu mübarizənin tarixi daha qədimdir. Kilsə dövləti, dövlət isə kilsəni təslim etməyə, öz təsiri altına almağa çalışır. Bu baxımdan Paşinyanın bəzi keşişlərə, kilsə çalışanlarına qarşı atdığı sərt addımlar məntiqli və daha ədalətlidir.

Ermənistanda din xadimi adı altında fəaliyyət göstərən bəzi şəxslər mövcud siyasi hakimiyyəti dəyişməyə, yaxud onun addımlarına təsir göstərməyə çalışır. Bu isə haqlı olaraq Paşinyan rejiminin etiraz və narahatlığına səbəb olmaqdadır.

Düşünürəm ki, dövlətin siyasiləşən din xadimlərinə qarşı mübarizəsi doğrudur və bu mübarizə yaxın gələcəkdə öz müsbət nəticəsini verəcək”.

Seymur ƏLİYEV

Chosen
18
22
moderator.az

10Sources