EN

Hacı Əliyev Azərbaycan Güləş Federasiyasında funksioner kimi fəaliyyət göstərəcək

Bakı, 26 iyun, AZƏRTAC

"Paris-2024" Yay Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyevə vəzifə verilib.

AZƏRTAC xəbər verir ki, o, bundan sonra Azərbaycan Güləş Federasiyasında funksioner kimi fəaliyyət göstərəcək.

İkiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu sərbəst güləş üzrə koordinator vəzifəsini yerinə yetirəcək.

Chosen
3
40
azertag.az

8Sources