Bakı. Trend:
Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adınabaşkinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarındapartlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, hazırda təhlükəsizliktədbirləri görülür. İlkin məlumata görə vətəndaşlardan xəsarət alanyoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub.Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.