EN

İmam Hüseyn və digər Kərbəla şəhidlərinə Əhli Beyt 3 gün yas tutub

İbn Səd, Təbaqat; Təbəri, Tarixul-Uməm vəl-Muluk, c. 4, s. 353; Xarəzmi; İbn Əsakir, Tərcümətu əl-İmam Hüseyn (ə), s. 338; Səbt bin Cəvzi, c. 2, s. 199; Əbul-Fida İsmail bin Kəsir Diməşqi, əl-Bidayətu vən-Nihayə, c. 8, s. 212; Muhəmməd Baqir Məclisi, Cəlalul-Uyun, s. 405. - bu mənbələrdə Əhli Beyt qadınlarının Şamda şəhidlərə 3 gün yas tutduqları vurğulanır.
İbn Əsam, Şeyx Müfid və Şeyx Təbərsi kimi bəziləri qapalı bir ifadəylə “bir neçə gün” təbiri işlədiblər.
İbn Səd, Təbəri, Xarəzmi (Əbu Mihnəfdən nəql ediblər), İbn Əsakir, Səbt bin Cəvzi, İbn Kəsir və Məclisi, Əhli Beyt qadınlarının Şamda tuttuqları matəm günlərinin sayını 3 gün olaraq göstəriblər.
Qazı Numan Məğrib Əhli Beytin Şamda keçirdikləri müddəti 45 gün göstərir.
Seyyid İbn Tavus Əhli Beytin Şam zindanlarında bir ay qaldıqlarını yazır.
45 gün və bir ay qalıblar deyən rəvayətlərin sağlamlığı azdır, çünki tək rəvayətlərdir və bu fikri qəbul edənlər də azdır. Əməvi xanədanının qadınlarının Əhli Beytin matəmini görərək onların haqq olduqlarını anlamaları və bir neçə gündən sonra onlara qatılaraq onlarla birlikdə matəm tutmalarından məlum olur ki, Əhli Beyt Şamda 10 gündən çox qalmayıb.
Mənbələrə görə əsirliyin 5 yaxud 8 - ci günü Yezid onların Mədinəyə qayıtmasına izn verib. Çünki getdikcə öz qadınlarının da əsl həqiqəti anlayıb onlara qoşulmasından, Şam əhlinin ayılmasından bərk narahat olmuşdu. Suriyada Əməvi təbliğatı elə aparılmışdı ki, Şam camaatı Əhli Beyti mənfi obrazda təsəvvür edirdi. Lakin əsirlik zamanı Əhli Beytin davranışı, çıxışları, haqqı sübut etmələri bu təsəvvürün yanlış olduğunu ortaya qoyurdu. Odur ki, Yezid tələsik əsirləri azad edib geri qaytardı.
Fəqət Kərbəla şəhidləri üçün Əhli-Beytdən sağ qalanların İslam şəriətinə müvafiq olaraq 3 gün yas tutduqları qeyd edilir.
Tural İrfan, MCP sədrinin müavini, ilahiyyatçı
Chosen
9
news365.az

1Sources