EN

“O xanımla nikahsız yaşasa da, doğma arvadından boşanmamışdı...”- ÖZƏL

“Dayım, xalq artisti İslam Rzayevin yubileyi münasibəti ilə Mədəniyyət Nazirliyinə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, xalq artisti Polad Bülbüloğluna müraciət etdim. Onlar da sağ olsunlar müraciətimə cavab verdilər. Müraciətin nəticəsi olaraq onu bildirmək istəyirəm ki, iyun ayının 30-da Beynəlxalq Muğam Mərkəzində İslam Rzayevin 90 illik yubileyi qeyd olunacaq”
 
Bunu Moderator.az -a açıqlamasında mərhum sənətkar İslam Rzayevin bacısı qızı Arzu Şəmiyeva deyib. O daha sonra əlavə edib:
 
“İslam müəllim 74 yaşında dünyasını dəyişib. Dünyasını dəyişən günündən bu günə qədər heç bir yubileyi qeyd olunmayıb. Bundan əvvəlki nazirlərin heç biri onu yada salmayıb. Dayım dünyanın 74 ölkəsini gəzib, professor adını qazanıb. Onu yada salmamaqları bu günə qədər hələ özümə də qaranlıq qalıb. Belə bir sənətkar dövlət tərəfindən bu qədər diqqət və qayğı ilə əhatələnib, aidiyyyatı qurumlar onu necə unuda bilərdilər? Bütün bu amillər məni narahat edirdi. Şükür ki, 90 illik yubileyi qeyd olunacaq. Düzdür, tələbələri efirlərdə adını çəkib danışırlar, amma təşəbbüs olaraq bir yerə müraciət etmirdilər. Onların əli daha çox yerə çatır axı.. Amma görməmişəm. Reklam üçün əlbəttə ki, adından istifadə edənlər var. Bir də sənətkarı övladı yaşadır. İnsanın övladı olmayanda hər şey üzə çıxır. Dayımın övladı olsaydı o da yada düşərdi.. İslam dayım özü də çox ağır insan idi. Özü üçün heç nə istəməzdi, kimsəyə qıymazdı” deyə sənətkarın qohumu bildirib.
Arzu Şəmiyeva bildirib ki, o sənətin zirvəsində olsa da, şəxsi həyatında böyük uğursuzluqlarla qarşılaşıb:
 
“İslam dayımın sənətdə uğurları çox olsa da, şəxsi həyatı uğursuz oldu. Ailə qurdu, 5 ildən sonra övladı dünyaya gəldi, körpə ikən dünyasını dəyişdi. Onun narahatlığını keçirtdi. Çox sarsıldı. Nikahsız yaşadığı xanımının övladlarını böyütdü. Bunu bütün el-aləm bilir. Öz xanımını isə heç vaxt boşamadı. Dövlət verdiyi ev, maşın və s. var-dövlət Tamara xanımın övladlarına qaldı. Dayım Tamaranın övladlarına atalıq edib. Bəzi jurnalistlər yazır ki, övladının yasına getməyib, başqasının övladına atalıq edib. Bu kimi xoşagəlməz fikirləri jurnalistlər nə deyib söyləyirlər? Vallah ayıbdır! Belə söz danışmaq olmaz! İslam Rzayev elə bir sənətkar olub ki, hamıya əl tutub. Ansambılında olan musiqiçilərə o qədər güzəştə gedirdi ki.. Onlara deyirdi ki, balalarınız var, toylara gedin çörəyinizi qazanın. Muğam Teatrına bütün solistləri təmənnasız qəbul edirdi. Onları hazırlaşdırırdı, səslərini açırdı. Yad insanlara bunu edən necə öz övladının yasına getməyə bilərdi? Belə söhbətləri danışmaq günahdır” deyə sənətkarın qohumu bildirib.
Chosen
14
moderator.az

1Sources