EN

9 il sonra münasibətlərinə son qoydular

Müğənni Keti Perri və aktyor Orlando Blum 9 illik  münasibətlərinə rəsmən son qoyub.

Yenisabah.az xəbər verir ki, 2019-cu ildə nişanlanan cütlük ziyafətdə tanış olublar.

2016-da Kann Film Festivalında birlikdə göründükdən sonra münasibətlərini "Instagram"da rəsmiləşdirib 2017-ci ilin fevralında yollarını ayırıblar. 

2018-ci ilin əvvəlində yenidən birlikdə olan Keti və Orlando Monakoda keçirilən Qlobal Okean Qalasında birlikdə qırmızı xalçada görünüblər. Blum 2019-cu ilin Sevgililər Günündə Perriyə evlilik təklifi edib.

Cütlük “Never Worn White” klipi ilə 2020-ci ildə uşaq gözlədiklərini açıqlayıb. Həmin yay onlar qızlarını qucaqlarına alıblar. Blumun keçmiş arvadı Mirandadan Flinn adlı oğlu da var.

Pandemiyaya görə Yaponiyada 2020-ci ildə planlaşdırdıqları toylarını təxirə salmalı olan cütlük sonrakı illərdə də karyeralarında bir-birlərinə dəstək olmağa davam edib. 

2024-cü ilin sentyabrında Blum MTV Video Musiqi Mükafatlarında Perriyə "Video Vanguard" mükafatını təqdim etmişdi. 


Telegram kanalımız
Chosen
79
50
yenisabah.az

10Sources