EN

Ermənistanda daha bir keşiş saxlanılacaq

Ajans.az xəbər verir ki, bu barədə arxiyepiskopun vəkili Mihran Poqosyan məlumat yayıb.  Onun sözlərinə görə, Xidmətin 30 maskalı əməkdaşı Şirak Yeparxiyasının qərargahına basqın edib. Hazırda Yeparxiyada axtarış aparılır.

Qeyd edək ki, baş nazir kilsə rəhbərliyini hakimiyyəti zorla devirməkdə ittiham edib. Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsi üzrə (hakimiyyəti ələ keçirməyə, ərazi bütövlüyünü pozmağa, suverenlikdən imtinaya və ya konstitusiya quruluşunu zorla devirməyə açıq çağırışlar) cinayət işi başlanıb.

Chosen
7
2
Ajans.az

2Sources