Avroviziya Mahnı Müsabiqəsinin qalibi, məşhur ifaçı Nigar Camal Gənclər və İdman naziri Fərid Qayıbov və Xalq artisti Emin Ağalarovla səmimi görüşü ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, bu görüş “Sea Breeze” istirahət mərkəzində keçirilən açılış mərasimi zamanı baş tutub. Tədbirə qatılan Nigar Camal mərasimdən görüntüləri sosial media hesabında paylaşaraq izləyiciləri ilə bölüşüb.
Kadrlarda Nigarın nazir və sənətkarla mehriban söhbəti və isti münasibəti əks olunub. Onların arasındakı dostyana dialoq sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.
Mərasimdə iştirak edən digər tanınmış simalar da obyektivlərə tuş gəlib.
Musavat.com